Güclü külək əsəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidromete­orologiya Xidmətinin məlumatına əsasən avqustun 4-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu ola­cağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlə­rində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Gecə 20-25°, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütununundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24°, Cə­nub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə ara­bir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətə­yi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperatu­ru gecə 20-25°, gündüz 28-33°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya