1 ağartının 7 faydası

post-img

Kəsmik selen və sinklə zəngindir, bu minerallar isə qalxanabənzər vəzi, böyrəklərin, oynaqların və mədə-bağırsaq traktının sağlamlığı üçün vacibdir. Qiymətli zülal mənbəyi olduğundan məşqdən əvvəl yeyiləndə, əzələlər daha sürətli bərpa olunur və ağırlıq hissi olmur. Kəsmiyin 7 faydasını təqdim edirik:

Yaddaşı artırır. Kəsmiyin 1 payında (təxminən 150 q) B12 vita­minin 0,9 mikroqramı var, gündəlik doza isə 2,4 mikroqramdır. Bu vi­tamin sinir sistemini möhkəmlədir, həzm fermentlərini və əsas qida maddələrini hüceyrələrə daşıyır. 

Enerji verir. B2 vitamini bədəndə bəzi fermentlərin işləməsi, hü­ceyrələrdə sağlam metabolizm və enerji mübadiləsi üçün çox vacibdir. Onun çatışmazlığı yorğunluq, depressiya və qaraciyər problemlərinə səbəb ola bilər.

Əzələni böyüdür. İdmanla məşğul olanlara məşqdən əvvəl az miqdar­da kəsmik yemək məsləhət görülür. Bu, əzələ kütləsinin böyüməsinə təsir edir.

Qalxanabənzər vəzi qoruyur. Qalxanabənzər vəzin normal iş­ləməsi üçün onun təkcə yoda deyil, selenə da ehtiyacı var. Antioksidant xüsusiyyətləri ilə selenium viruslarla, sistemli iltihablarla, otoimmun proseslərlə və hətta xərçəngə səbəb olan hüceyrə mutasiyaları ilə müba­rizə aparmağa kömək edir.

Sümükləri gücləndirir. Kəsmikdən danışanda ən çox kalsium yada düşür. Bir fincan kəsmikdə, təxminən, 227 mq kalsium var ki, bu da gündəlik ehtiyacın 20 faizini təşkil edir. O, skeletlə yanaşı, hormonal sistemə də faydalı təsir göstərir. 

Arıqlamağa kömək edir. Məhsul insanı uzun müddət tox saxladı­ğından az yeyilir, yağ deposunda yığılmır, buna görə də pəhriz saxla­yanlar da yeyə bilərlər. 

Bağırsaqlara fəal təsir edir. Kəsmikdə olan bakteriyalar bağırsaq hərəkətliliyini normallaşdırır. Amma mədə-bağırsaq xəstəlikləri olanla­ra kəsmiyi yalnız işlənmiş formada yemək daha yaxşıdır.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat