Qocalma zəifləyibmi?

post-img

Köhnə filmlərdəki aktyorlara, yaxud, keçən əsrdəki həmyaşıdımız olan insanların şəkillərinə baxanda onlar bizə daha yaşlı görünürlər. “IFL Science” portalı yazır ki, alimlərin tədqiqatlarına əsasən, bu məsələnin səbəbləri ilə bağlı uzun bir siyahı tərtib etmək olar.

Bildirilir ki, son illərdə yaşlanma prosesi insanla­rın ümumi rifahından, dün­yaya baxış səviyyəsindən, özlərinə daha çox diqqət yetirmələrindən, müasir tibbin inkişafından və di­gər amillərin təsirindən zəifləyib. Təbii ki, bütün ailələrin gəlir və xərclə­ri bərabər deyil və buna görə də yaşlanma sürəti də insanlarda müxtəlifdir. 

Amerikalı tədqiqatçılar 1988 – 2010-cu illər arasında yaşayanların bioloji qocalma prosesini izləyiblər. İnsanların qan təzyiqi və ağciyər göstəriciləri nə­zarətə götürülüb. Bu kiçik – 22 illik yaş fərqi arasında müxtəlif nəticələr əldə edilib. Alimlər bildirirlər ki, 20 illik bioloji yaş fərqini izləmək onu göstərib ki, qo­calma prosesi qadınlarda və kişilərdə hissolunan qədər azalıb. O da müəy­yən olunub ki, bu fərq kişilərdə özünü daha qabarıq göstərib. Bu da, yəqin, kişilərin daha çox sərbəst yaşamağa üstünlük vermələri ilə əlaqədardır. 

Z.HÜSEYNOVA, “Xalq qəzeti”

Sosial həyat