73 yaşlı səyyah dünyanı dolaşacaq

post-img

73 yaşlı qazaxıstanlı səyyah Sarsenbay Kotıraşov Yer kürəsini gəzərək dünya rekorduna imza atmaq niyyətindədir.

O, avqustun 2-də Atırau şəhərin­dən dünya üzrə gəzinti turuna başla­yıb. Səfərə başlamazdan əvvəl Atırau Gənclər Mərkəzində görüş keçirən səy­yah bildirib ki, o, anadan olduğu Ulytau bölgəsini bütün dünyaya tanıtdırmaq üçün səyahətə çıxır.

İki il çəkən səfərin birinci mərhələ­sində Kotıraşov Qazaxıstan, Rusiya, Gürcüstan və Türkiyəyə gedəcək. Səy­yah 3 min kilometrlik məsafəni 100 günə qət etmək niyyətindədir. İkinci mərhələdə Fransa və ABŞ-a səfər et­məyi planlaşdıran Kotıraşov 9 min kilo­metrdən çox məsafəni 180 günə gedə­cək. Üçüncü mərhələdə isə onun Çin, Monqolustan, Rusiya və Qazaxıstana olan 4 min kilometrlik səfərinin 130 gün davam edəcəyi gözlənilir.

Səyyah qeyd edib ki, yaşı 70 və ya daha çox olan şəxslərin dünya üzrə gə­zintiyə çıxması ilə bağlı hələlik rekord nəticə yoxdur. 

F. HÜQUQQIZI, “Xalq qəzeti”

Dünya