NASA itmiş “Voyager–2”ni tapıb

post-img

NASA komandası “Voya­ger-2”nin daşıyıcı tezliyi (yüksək tezlikli siqnal) ilə bağlı siqnal alıb. 

Ekspertlərin fikrincə, bu, cihazın normal fəaliyyətini davam etdirmə­si deməkdir. Əvvəllər onunla əlaqə kəsilmiş – səhv əmrlər səbəbindən zondun antenaları Yerə yönəlik əlaqəni itirmişdi. Buna baxmayaraq idarəetmə mərkəzi ümidli idi. Okt­yabrın ortalarında zondun sistemləri yenidən işə salınacaq. Bununla da rabitənin bərpa olunacağı gözlənilir.

“Voyager -2”, Günəş sisteminin uzaq planetlərini araşdırmaq üçün NASA tərəfindən 20 avqust 1977-ci ildə “Voyager” proqramının bir hissəsi olaraq buraxılıb. Günəşdən ən uzun məsafəyə (demək olar ki, 20 milyard kilometr) uzaqlaşmış aparatlardan biridir. Onun enerji ehtiyatlarının daha bir neçə ilə ki­fayət edəcəyi bildirilir. Bu aparat Yupiter, Saturn, Uranı ziyarət etmiş tək kosmik aparatdır. 

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya