1 tonluq qızıl sikkə

post-img

2011-ci ilin payızında nomi­nal dəyəri bir milyon Avstraliya dolları olan yeni sikkənin təqdi­matı keçirilib. 

İri monet 99,99 faiz saf qızıl­dan hazırlanıb. Diametri 80, qalın­lığı 12 santimetr, çəkisi isə 1 ton­dur. Beləliklə, o hazırda dünyanın ən bahalı sikkəsi sayılır. Qızıl pula “1 Tonne Gold Kangaroo Coin” adı verilib. Sikkənin real dəyəri isə bu­raxılış zamanı 57,34 milyon ABŞ dolları qiymətləndirilib. 

Bu sikkəni yaratmaq üçün, təxminən, 18 ay sərf edilib. Dizaynını isə Böyük Britaniya kraliçasının rəsmi zərgəri Stüart Devlin hazırlayıb. Üz tərəfini Kraliça II Yelizavetanın profili bəzəyir, arxa tərəfində isə günəş fonunda qızılı kenquru təsviri var.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Dünya