Hava haqqında

post-img

Fevralın 22-də


Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü cənub-qərb küləyi əsəcək, gündüz mülayim şimal küləyi ilə əvəz olunacaq. Gecə 4-6°, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 55-65 faiz olacaq. 


Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 3° şaxtadan 2°-dək isti, dağlıq ərazilərdə 7°-dək şaxta, gündüz 11-16° isti olacaq. 


Xankəndi, Şuşa, Xocalı, Xocavənd,  Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq. 


Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7°, yüksək dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 0-5° isti, yüksək dağlıq ərazilərdə 3°-dək şaxta olacaq. Gecə dağlıq ərazilərdə yollar buz bağlayacaq.


Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Gecə 1-6°, gündüz 11-16° isti olacaq. 


Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5°, gündüz 9-14° isti, dağlarda gecə 3-8°, gündüz 0-3° şaxta olacaq. 


Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-7° , gündüz 12-17° isti olacaq. 


Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 4-7°, gündüz 10-15°, dağlarda gecə 3-5°, gündüz 6-9° isti olacaq.

 

Ekologiya