400 metrlik kub göydələn

post-img

Paytaxt Ər-Riyadın mərkəzində kub şəklində nəhəng kompleks tikiləcək. Yeni meqalayihə Səudiyyə Ərəbistanın  “Saudi Vision 2030”  inkişaf planının bir hissəsidir.


Ərəbcə “kub” mənasını verən “­Mukaab” adlanan bu binanın “Ər-Riyadın yeni siması” və  “dünyanın ən böyük müasir şəhər mərkəzi” olacağı bildirilir. Paytaxtın hava limanından 20 dəqiqəlik məsafədə yerləşəcək nəhəng binanın içərisində spiral formalı göydələn inşa ediləcək. 


Göydələn ölkənin ənənəvi memarlıq üslubu sayılan “Nejd”dən “ilhamlanıb”. Belə ki, bina  üst-üstə düşən üçbucaqlı strukturlardan ibarət fasad ilə əhatə olunacaq və birlikdə kub formalı quruluşu meydana gətirəcək. 


Eni, uzunluğu və hündürlüyü 400 metr olması planlaşdırılan “Mukaab”ın dizaynını vəliəhd şahzadə Məhəmməd bin Salmanın qurduğu “New Murabba Development Company” həyata keçirir.


“Mukaab” şəhərə 15 dəqiqəlik məsafədə yerləşəcək və yaşayış, iş və əyləncə sahələrini əhatə edəcək.


Layihənin 2030-cu ilə qədər başa çatdırılması gözlənilir. Layihəyə, təx-minən, 100 min yaşayış, 9 min otel otağı, 980 min kvadratmetr mağaza və 1,4 milyon kvadratmetr ofis sahəsi daxil olacaq.


Aytən NƏCƏFOVA, 
“Xalq qəzeti”

Dünya