Tokayev Pakistanın Baş naziri ilə telefonla danışıb

post-img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb. 

XQ xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.

Pakistanın Baş naziri Qazaxıstan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı milli referendumun uğurla keçirilməsi münasibətilə Kasım-Jomart Tokayevi təbrik edib.

Tərəflər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Dünya