Türkiyənin xarici işlər naziri Hakan Fidan Avstriyanın xarici işlər naziri Beate Meinl-Reisinger ilə telefon danışığı zamanı bölgədəki hadisələri müzakirə edib.
Məlumatı “Anadolu” verib.
Xarici İşlər Nazirliyindəki mənbələr nazir Fidanın avstriyalı həmkarı Meinl-Reisinger ilə telefon danışığı apardığını bildirib.
Mənbələr qeyd edib ki, söhbət regiondakı son hadisələrə yönəlib. Xarici işlər naziri Meinl-Reisinger “Avstriyanın yönəlmiş raketlər məsələsində Türkiyəyə dəstəyini” ifadə edib.
P.ƏMİRCANOV
XQ

