Kuba ABŞ-dan gələn qayığı gülləbaran edib

post-img

Kuba təhlükəsizlik qüvvələri ABŞ-dan gələn sürət qayığının Kuba sularında polis qayığına atəş açması nəticəsində dörd nəfəri güllələyib. Məlumatı “Euronews” yayıb.  

Kuba Daxili İşlər Nazirliyinin açıqlamasında Floridadan gəldiyi gümün edilən FL7726SH qeydiyyat nömrəli sürət qayığının Villa Klara əyalətindəki Falcones adasına yaxınlaşarkən göründüyü bildirilib. Məlumata görə, qayıq heyətinin dayanmaq əmrinə məhəl qoymaması və atəş açması nəticəsində atışma baş verib. Hadisə nəticəsində qayıqda olan dörd nəfər həlak olub, biri kubalı təhlükəsizlik işçisi olmaqla yeddi nəfər yaralanıb.

Səlahiyyətlilər bütün qurbanların təxliyə edildiyini və tibbi yardım aldığını qeyd ediblər.

Qayıqda olanların şəxsiyyəti hələlik açıqlanmayıb.

P.ƏMİRCANOV
XQ

 

Dünya