Tramp və Putinin nümayəndələri görüşüblər

post-img

ABŞ prezidentinin elçiləri Stiv Uitkoff və Cared Kuşner Parisdə Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyevlə görüşüblər. “Axios” mənbəyə istinadən xəbər verir ki, onlar ABŞ-ın Ukraynadakı müharibənin həlli planını müzakirə ediblər.

“Tramp planının ,demək olar ki, bütün aspektləri üzrə Ukrayna ilə razılığa gəldikdən sonra Ağ Evin bu təkliflə bağlı Rusiya prezidenti Vladimir Putindən dəqiq cavab alması lazımdır”, - deyə açıqlamada bildirilir.

Xatırladaq ki, Fransanın "Le Monde" qəzeti əvvəllər Kremlin xüsusi nümayəndəsi Kirill Dmitriyevin “İstəkçilər Koalisiyası”nın iclası zamanı və ya ondan bir gün sonra Parisdə olduğunu bildirmişdi. Lakin Yelisey Sarayı Dmitriyevin prezident sarayını ziyarət etməsi ilə bağlı məlumatları təkzib etmişdi.

P.ƏMİRCANOV
XQ

 

Dünya