Tramp Kolumbiyaya qarşı əməliyyatı istisna etməyib

post-img

Kolumbiya “çox xəstədir” və “xəstə bir adam tərəfindən idarə olunur”, ABŞ-ın məqsədi “ətrafımızda həyat qabiliyyətli və uğurlu ölkələrə sahib olmaqdır” deyə ABŞ Prezidenti Donald Tramp bildirib. 

Məlumatı RİA Novosti verib. 

Tramp Kolumbiyanı ABŞ-a kokain tədarük etməkdə ittiham edib. 

O, Venesuelada əməliyyatın aparılması və ölkə lideri Nikolas Maduronun həbs olunması fonunda Kolumbiya üçün də oxşar ssenarinin baş verəcəyini istisna etməyib.

Ağ Ev rəhbəri deyib: “Kolumbiya da çox xəstədir, onu kokain istehsal etməyi və ABŞ-a satmağı sevən xəstə bir adam idarə edir və o, bunu daha uzun müddət edə bilməyəcək”.

Onun sözlərinə görə, ABŞ-ın məqsədi “ətrafımızda neftin sərbəst şəkildə çıxarıla biləcəyi həyat qabiliyyətli və uğurlu ölkələrin olmasıdır. Bu yaxşıdır. Bu, qiymətləri aşağı salır. Bu, ölkəmiz üçün yaxşıdır”, - deyə Tramp qeyd edib.

Tramp Kolumbiyaya qarşı əməliyyatın mümkünlüyü barədə suala “Yaxşı səslənir” cavabını verib.

Kolumbiya Prezidenti Qustavo Petro isə bildirib ki, ölkəsi ABŞ-a cavab verməyə hazırdır.

P.ƏMİRCANOV
XQ

Dünya