Türkiyə Xarici İşlər Nazirliyi Sudanın Mərkəzi Darfur əyalətində baş vermiş sürüşmə nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı başsağlığı verib. Məlumatı “Anadolu” yayıb.
“Cebel Marra bölgəsində baş verən sürüşmə nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri dərin hüznlə qarşıladıq”, - nazirliyin bəyanatında deyilir.
Xarici İşlər Nazirliyi qardaş Sudan xalqına başsağlığı verib.
Bundan əvvəl Sudanın Suveren Şurası təbii fəlakət nəticəsində yüzlərlə insanın öldüyünü bildirmişdi.
P.ƏMİRCANOV
XQ