Zaxarova: Rusiya Trampın cavab səfərini gözləyir

post-img

Sentyabrın 3-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın ABŞ Prezidenti Donald Trampın cavab səfərini gözlədiyini təsdiqləyib. 

Məlumatı “İzvestiya.ru” verib. 

“Ölkəmizin prezidenti bunu Alyaskadakı sammitdə iştirakından sonra deyib. O, müvafiq açıqlamalar verib. Mən də ondan sitat gətirə bilərəm. O, ABŞ prezidentini açıq şəkildə Rusiyaya dəvət edib”, - Zaxarova Şərq İqtisadi Forumu (EEF) çərçivəsində TASS agentliyinə müsahibəsində deyib.

Trampın Rusiyaya səfərinin tarixləri ilə bağlı suala diplomat belə cavab verib ki, Rusiya və ABŞ prezidentlərinin administrasiyası bunu araşdırır.

P.ƏMİRCANOV
XQ

Dünya