Demokrat Partiyasına etimad minimum səviyyədə

post-img

ABŞ-da Demokrat Partiyasına ictimai dəstək son 35 ilin ən aşağı həddinə enib. The Wall Street Journal (WSJ)qəzetinin yeni sorğusunun nəticələrinə görə, respondentlərin cəmi 33 faizi demokratlara müsbət yanaşdığını bildirib. Eyni zamanda, sorğuda iştirak edənlərin 63 faizi partiyaya qarşı mənfi münasibət bəslədiyini ifadə edib.

Bu nəticələr Demokrat Partiyasının ABŞ ictimai rəyində ciddi nüfuz itirdiyini göstərir. Analitiklərin fikrincə, bu gedişat noyabrda keçiriləcək prezident seçkiləri öncəsi partiya üçün ciddi siqnaldır.

Trampa etiraz olsa da, Respublikaçılara güvən artır

WSJ qeyd edir ki, sorğular göstərir: amerikalı seçicilərin əksəriyyəti prezident Donald Trampın iqtisadiyyat, xarici siyasət və inflyasiya ilə mübarizə sahəsindəki fəaliyyətindən razı deyil. Bununla belə, eyni seçicilər bu məsələlərin həllində respublikaçılara demokratlardan daha çox güvənirlər. Xüsusilə inflyasiyanın uzunmüddətli təsiri və sərhəd təhlükəsizliyi ilə bağlı narahatlıqlar fonunda respublikaçılar iqtisadi sabitliyin bərpası və milli maraqların qorunması məsələlərində daha etibarlı tərəf kimi qəbul olunur.

Ekspertlər nə deyirlər?

Siyasi təhlilçilər bu nəticələri demokratların daxili parçalanması və seçici narazılığı ilə əlaqələndirirlər. Partiya daxilində bəzən bir-birinə zidd olan mövqelər və zəif kommunikasiya siyasəti, xüsusilə orta təbəqə və kənd ərazilərində yaşayan seçicilər arasında narazılığın artmasına səbəb olub. ABŞ-ın bir çox ştatlarında enerji qiymətlərinin yüksəkliyi, immiqrasiya siyasətinə dair qeyri-müəyyənlik və sosial məsələlərdəki qütbləşmə demokratlara olan etimadı daha da sarsıdıb.

Bəzi ekspertlər hesab edir ki, Demokrat Partiyasının  ictimai etimadı bərpa etməsi üçün yalnız ideoloji çağırışlarla kifayətlənməsi kifayət etmir – seçicilərə real nəticələr və inamverici alternativlər təqdim etməsi vacibdir.

S.ELAY

XQ

 

Dünya