Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etdiyi Haaqada ABŞ prezidenti Donald Trampla görüşüb.
Anadolu agentliyi yazır ki, Prezidentlərin görüşü Niderland Kralı Villem-Aleksander və xanımı tərəfindən NATO-nun Haaqa sammitində iştirak edən liderlər və onların həyat yoldaşlarının şərəfinə verilən nahardan sonra baş tutub.
Prezidentlər arasında danışıqlar bağlı qapılar arxasında keçirilib.
Görüş zamanı liderlər Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətləri, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Ərdoğan görüş zamanı iki ölkənin müxtəlif sahələrdə, xüsusilə enerji və investisiya sahəsində böyük potensiala malik olduğunu bildirib. Onun sözlərinə görə, xüsusilə müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı ümumi ticarət həcminin 100 milyard dollar olması hədəfinə nail olmağa kömək edəcək.
Türkiyə dövlət başçısı ABŞ prezidenti Trampın səyləri nəticəsində İsrail və İran arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb. Ərdoğan bunun daimi olmasını arzulayıb və Qəzzada humanitar faciəyə tez son qoymaq və Rusiya ilə Ukrayna arasındakı müharibəni sülh yolu ilə həll etmək üçün yaxın dialoqun vacibliyini vurğulayıb.
NATO-nun aparıcı müttəfiqləri kimi iki ölkənin liderləri Alyansın çəkindirici gücünü gücləndirmək üçün gələcək addımların vacibliyini vurğulayıblar.
S.ELAY
XQ