Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün öz tələblərindən müəyyən qədər geri çəkilməlidir.
AZƏRTAC xəbər verir ki, Polşa Prezidenti Andjey Duda bu fikri “Euronews” telekanalına müsahibəsində səsləndirib.
“Ukrayna müəyyən qədər güzəştlərə getməli olacaq. Güzəştlərin nədən ibarət olacağını hazırkı mərhələdə demək çətindir. Qarşılıqlı kompromis olmalıdır”, - deyə Anjey Duda bildirib.
“The Wall Street Journal” nəşrinin məlumatına görə, Vaşinqtonun Ukrayna münaqişənin həlli ilə bağlı təklifləri siyahısına Krım yarımadasının ABŞ tərəfindən rəsmi olaraq Rusiya ərazisi kimi tanınması, Moskvanın bəzi regionlar üzərində nəzarətinin qəbul edilməsi, Ukraynanın NATO-ya üzlüyünün mümkünlüyünə dair müzakirələrin gündəmdən çıxarılması daxildir. Bununla yanaşı, Ağ ev münaqişənin sülh yolu ilə həllinə razılıq verəcəyi təqdirdə Kiyevə heç bir təhlükəsizlik zəmanəti təklif etmir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “Le Point” jurnalına müsahibəsində sülhə nail olmaq üçün Ukrayna qoşunlarının Donbas və Novorossiya vilayətlərinin ərazilərindən çıxarılmasının zəruriliyini vurğulayıb.