Tbilisidəki məşhur "Lilo" bazarında güclü yanğın baş verib

post-img

Gürcüstan paytaxtı Tbilisidəki məşhur "Lilo" bazarında güclü yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, hazırda bazardakı bir sıra mağazalarda yanğın davam edir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib və yanğının söndürülməsinə çalışılır. Hadisənin hansı səbəbdən baş verməsi barədə isə hələ ki, heç bir məlumat yoxdur.

Havanın yağmurlu keçməsinə baxmayaraq, yanğının əhatəsi genişlənir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Dünya