Hindistanın Pune şəhərindəki “Aundh” beynəlxalq təlim bazasında Özbəkistan-Hindistan 6-cı birgə “Dustlik” hərbi təlimləri başlayır. Məlumatı “Anadolu” verib.
Aprelin 15-i səhər tezdən Özbəkistanın hərbi nümayəndə heyəti birgə təlimlərin növbəti raundunda iştirak etmək üçün Hindistana gəlib.
Təlimlər 2019-cu ildən mütəmadi olaraq keçirilir və iki ölkə arasında hərbi əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədi daşıyır. Manevrlər hər il növbə ilə Özbəkistan və Hindistanda keçirilir.
O cümlədən, 2024-cü ildə Tərmiz hərbi poliqonunda birgə təlimlərin 5-ci raundu çərçivəsində Özbəkistan və Hindistandan olan hərbi mütəxəssislər peşəkar bacarıqlarını zənginləşdiriblər.
6-cı birgə hərbi təlimlər aprelin 28-dək davam edəcək.
P.ƏMİRCANOV
XQ