Kibercinayətkarlığa qarşı maarifləndirmə işləri davam etdirilir

post-img

Kibercinayətlarlığa qarşı mübarizə işinin daha da gücləndirilməsi istiqamətində polis əməkdaşları tərəfindən Ağsuda silsilə tədbirlər təşkil olunub. Məlumatı DİN mətbuat xidməti yayıb. 

Rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri ilə maarifləndirici görüşlər keçirilib, internet resursları üzərindən törədilən cinayətlərlə bağlı onlara ətraflı məlumat verilib.

Həmçinin, bankomat və ödəmə terminallarının ətrafında, mağazalarda, digər ictimai iaşə obyektlərində xəbərdaredici lövhələr vurulub. Sakinlərə izah olunub ki, özlərini bank əməkdaşı kimi təqdim edən şəxslərə inanaraq kart məlumatlarını onlara göndərməməli, sosial şəbəkələrdə dələduzların şirnikləndirici vədlərinə inanmamalıdırlar. 

Vətəndaşlarımızın kiber üsullarla törədilən cinayətlərdən zərər görməməsi üçün bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

P.ƏMİRCANOV 
XQ





Sosial həyat