Suriyaya 400 min qaçqın qayıdıb

post-img

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Selin Şmit bildirib ki, Bəşər Əsəd rejiminin süqutundan bəri 400 minə yaxın suriyalı qaçqın öz ölkəsinə qayıdıb. Məlumatı “Anadolu” verib. 

Şmitt BMT-nin Cenevrə ofisinin həftəlik onlayn mətbuat konfransında iştirak edib.

“2024-cü il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən sonra qonşu ölkələrdən 400 minə yaxın suriyalı qaçqın geri qayıtdı”, - deyən Şmitt, 1 milyondan çox məcburi köçkünün öz evlərinə qayıtdığını bildirib.

“Yay könüllü qayıdışlar üçün kritik bir vaxt və qaçırılmayan bir fürsət olacaq, lakin bu qayıdışların uğurlu və davamlı olması üçün suriyalıların mənzil, dolanışıq vasitələri, müdafiə və hüquqi yardımla dəstəyə ehtiyacı olacaq”, - deyə o qeyd edib. 

Onun sözlərinə görə, qayıdışlar üçün risklər də mövcuddur və adekvat maliyyələşdirmə olmadan bu il üçün nəzərdə tutulan 1,5 milyon insan geri qayıda bilməyəcək. Geri dönənlər isə yenidən köçkün olmaq riski ilə üzləşə bilər.

 

P.ƏMİRCANOV

XQ

Dünya