Beynəlxalq İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması Günü münasibətilə Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb.
AZƏRTAC xəbər verir ki, bu gün münasibətilə fransızlar Paris, Renn, Tuluza, Bordo, Marsel, Monpelye, Nant və Avinyon şəhərlərində irqçilik və faşizmə qarşı nümayiş keçirir.
Bu səfərbərlik çoxsaylı kollektivlərin, birliklərin, assosiasiyaların və solçu partiyaların çağırışı ilə təşkil olunub. Bildirilir ki, nümayişlər vətəndaş cəmiyyəti və həmkarlar ittifaqları tərəfindən başladılıb. Nümayişçilər cəmiyyətdə, iş yerində irqçiliyin artmasından, eləcə də sənədsiz və ya böyük çətinlik çəkən 3,5 milyon əcnəbi işçi ilə rəftar tərzindən çox narahat olduqlarını bildirirlər.