İtaliya və Böyük Britaniya ABŞ və Ukrayna arasında “körpü” olmağa hazırdır, - Meloni

post-img

İtaliyanın baş naziri Giorgia Meloni deyib ki, onun ölkəsi Britaniya ilə birlikdə ABŞ və Ukrayna arasında körpülərin qurulmasında mühüm rol oynaya bilər. O, həmçinin xəbərdarlıq edib ki, Qərbdəki parçalanmalar "hamımızı daha zəif edir". Bu barədə The Telegraph yazır.

Britaniyanın baş naziri Kir Starmerlə görüşü zamanı xanım Meloni Avropa liderlərini Londonda sülh sammiti üçün bir araya gətirdiyinə görə ona təşəkkür edib.

Onun sözlərinə görə, Böyük Britaniya və İtaliya "bizim nail olmaq istədiyimiz məqsədə - Ukraynada ədalətli və davamlı sülhə nail olmaqda çox koordinasiyalıdırlar".

"Hesab edirəm ki, Qərbdə parçalanma riskindən qaçmağımız çox vacibdir. Və hesab edirəm ki, bu məsələdə Böyük Britaniya və İtaliya körpülərin qurulmasında mühüm rol oynaya bilər. Bölünsək, bu, hamımızı zəiflədəcək", - Meloni vurğulayıb.

S.ELAY

XQ

Dünya