Böyük Britaniyanın baş naziri Kir Starmer Ukraynada hərbi münaqişənin sülh yolu ilə həlli planının yaradılmasından danışıb. Cənab Starmer deyib ki, plan Fransa və "bəlkə də bir və ya iki başqa ölkə ilə birgə hazırlanacaq". Britaniyanın baş naziri əlavə edib ki, tərəflər planı ABŞ-a təqdim edəcəklər.
"Düşünürəm ki, biz düzgün istiqamətdə bir addım atmışıq",- BBC Starmerdən sitat gətirir.
Cənab Starmer, həmçinin bildirib ki, o, ABŞ prezidenti Donald Trampın münaqişənin həllini istəyir. Baş nazir Ukraynada davamlı sülhə nail olmaq üçün üç şərti açıqlayıb:
- Lazım gələrsə mübarizə aparacaq və danışıqlar aparmaq üçün güclü mövqeyə malik “güclü Ukrayna”;
-Təhlükəsizlik zəmanətləri ilə Avropa "ünsürü";
-ABŞ dəstəyi.
Kir Starmer daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparıb. Görüşdən sonra o, əmin edib ki, London bundan sonra da Kiyevə kömək edəcək. Bu danışıqlardan sonra Ukrayna hakimiyyəti Londonun Kiyevə 2,26 milyard funt-sterlinq kredit verməyə hazır olduğunu açıqlayıb. Vəsaitlər Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlərdən ayrılacaq.
S.ELAY
XQ