Ukraynada Starlink-in söndürülməsi ehtimalı azdır, lakin bu baş versə belə, alternativ var. Bunu Ukrayna radiosuna müsahibəsində elektron döyüş avadanlıqlarının istehsalçısı, Hərbi Hava Qüvvələrinin sabiq zabiti Anatoli Xrapçinski bildirib.
"Həm Tramp (Donald Tramp, ABŞ Prezidenti), həm də Mask (Starlink-i hazırlayan SpaceX-in sahibi İlon Mask) pulla bağlıdır. Buna görə də onlar çox milyardlıq, milyon dollarlıq müqavilələrdən imtina etməyəcəklər. Əslində, Starlink-in söndürüləcəyinə çox az inanıram", - Xrapçinski qeyd edib.
Eyni zamanda, o, əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya Federasiyasının Kursk vilayətində Starlink-dən istifadə etmir, lakin əlaqə mövcuddur.
"Alternativlər var və burada həqiqətən Müdafiə Qüvvələrimizi lazımi kommunikasiyalarla təmin edə bilən mühəndislərimizə alqış düşür. Aydındır ki, bu, Starlink-dən bir az fərqlidir. Amma alternativ də var", - ekspert vurğulayıb.
S.ELAY
XQ