Türkiyənin milli müdafiə naziri Yaşar Gülər xorvatiyalı həmkarı İvan Anusiç ilə görüşüb. Məlumatı “Anadolu” verib.
Görüş xorvatiyalı nazirin Gülərin dəvəti ilə qaldığı Türkiyənin paytaxtında baş tutub. Hörmətli qonağın şərəfinə Türkiyə Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil olunub.
Türkiyə və Xorvatiyanın dövlət himnləri səsləndirilib. Anusiç fəxri qarovul dəstəsini salamlayıb.
Mərasimdən sonra nazirlər bağlı qapılar arxasında danışıqlar aparıblar.
P.ƏMİRCANOV
XQ