Cənubi Koreyada neft emalı zavodunda partlayış olub, itkin düşən və yaralananlar var

post-img

Cənubi Koreyanın Ulsan şəhərindəki neft emalı zavodunda güclü partlayış baş verib.

AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, partlayış yerli vaxtla səhər saat 11:15-də zavodun neft çənlərindən birində baş verib, ardınca yanğın başlayıb. Texnogen fəlakət nəticəsində bir nəfər xəsarət alıb, azı 1 nəfər itkin düşüb.

Hadisə yerinə 23 yanğınsöndürən texnika və xilasedicilər cəlb olunub. Hazırda yanğının söndürülməsi əməliyyatı davam edir.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Dünya