Moldova vətəndaşı yeni istilik sistemi icad edib

post-img

Moldova vətəndaşı günəş işığını toplayıb istilik enerjisinə çevirən yeni istilik sistemi icad edib. Bu, istehlakçılara daha az enerji xərclərini ödəməyə imkan verir.

AZƏRTAC xəbər verir ki, bu barədə “Moldpres” xəbər agentliyi məlumat paylaşıb. Bildirilib ki, yerli innovasiya Avropa İttifaqının Etimad Tədbirləri Proqramının dəstəyi ilə sınaqdan keçirilib.

Yeni sistem enerji səmərəliliyinin artırılmasına əhəmiyyətli dərəcədə töhfə verir və evlərin, dövlət və sənaye müəssisələrinin qızdırılması üçün tövsiyə olunur.

Qeyd edək ki, yeni istilik sistemi artıq ölkənin bəzi yerlərində istifadəyə verilib.

Dünya