Ermənistan tərəfi beynəlxalq danışıqlar formatı olan ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməyə hazırdır, ancaq o halda ki, Azərbaycan da buna etiraz etmədiyini bəyan etsin. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Məlumatı TASS verib.
“Biz ATƏT-in Minsk qrupunun buraxılması ilə razıyıqmı? Biz aşağıdakı əsaslandırma ilə razıyıq: əgər münaqişə yoxdursa, o zaman münaqişəyə xidmət edən formatın mövcudluğunun nə mənası var. Amma əmin olmaq istəyirik ki, Azərbaycan üçün də ATƏT-in Minsk Qrupunun buraxılması eyni məna daşıyır, həm də Azərbaycanın ATƏT-in Minsk Qrupunu buraxmaq istəyi formatı bağlamaq, sonra isə Ermənistana qarşı yeni ərazi iddiaları formalaşdırmaq məqsədi daşımasın”.
P.ƏMİRCANOV
XQ