Moskvadakı hosteldə yanğın baş verib

post-img

Rusiya Fövqəladə Hallar Nazirliyinin qüvvələri Moskvada Sxodnenski küçəsində keçmiş fabrikin hazırda hostel kimi fəaliyyət göstrərən binasında baş vermiş yanğının söndürülməsinə davam edir. Məlumatı “Anadolu” verib. 

“Dörd helikopter 100 tondan çox su və köpük atıb”, - məlumatda deyilir.

Daha əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının 2 min kvadratmetr ərazini əhatə etdiyini, ikimərtəbəli binanın damının qismən uçduğunu bildirmişdi. “60 nəfər xilas edilib. Yanğınsöndürmə və xilasetmə qrupları gələnə qədər binadan 300 nəfər təxliyə edilib”, - məlumatda deyilir.

Hazırda hadisə yerində 155 mütəxəssis və 45 texnika, o cümlədən yanğınsöndürmə qatarı işləyir. “Yanğının söndürülməsinə kömək üçün təyyarələr gətirilib. Hələlik tələfatı barədə məlumat yoxdur, - Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunur ki, yanğına səbəb naqillərin nasazlığı və ya elektrik şəbəkələrinin fövqəladə iş rejimi ola bilər.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya