Marko Rubio: ABŞ prezidenti Qrenlandiyanın alınmasına ciddi yanaşır

post-img

ABŞ prezidenti Donald Tramp ABŞ-ın milli maraqlarına uyğun olduğu üçün Qrenlandiyanı “almaq” imkanını ciddi şəkildə nəzərdən keçirir. Bunu ABŞ dövlət katibi Marko Rubio “The Megyn Kelly Show”un efirində deyib. Xəbəri “Anadolu” verib. 

Dövlət katibinin sözlərinə görə, ABŞ prezidenti adanın alınmasına ciddi yanaşır və bu məsələdə hərbi gücdən istifadənin mümkünlüyünü istisna etmir: “Bu zarafat deyil. Qrenlandiyanın ABŞ-a daxil edilməsi mümkün qədər tez həll edilməli olan milli maraq məsələsidir".

Rubio qeyd edib ki, Arktika tezliklə qlobal ticarət yolları üçün strateji əhəmiyyət kəsb edəcək və ABŞ Çinin bölgəyə nəzarəti ələ keçirməməsi üçün hərəkətə keçməlidir: “Biz xarici güclərin Panama kanalına nəzarət etməsinə imkan verməyəcəyik. Çin şirkətləri strateji əhəmiyyətli nöqtələrdə - kanalın giriş və çıxışında yerləşir. Pekin ticarət trafikini əngəlləmək istəyirsə, bunu çətinlik çəkmədən edə bilər. Bu, bizim maraqlarımıza ziddir”.

Dövlət katibi vurğulayıb ki, ABŞ tikintisi Vaşinqton tərəfindən maliyyələşdirilən Panama kanalının ABŞ-a təzyiq aləti kimi istifadə olunmasına imkan verməyəcək:  “Amerika gəmiləri kanaldan keçmək üçün digər ölkələrin gəmilərindən daha çox pul ödəyir və bu da ABŞ-ın maraqlarına uyğun deyil”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya