Türkiyənin xarici işlər naziri Hakan Fidan almaniyalı və britaniyalı həmkarları Annalena Berbok və Devid Lemmi ilə görüşüb.
Bu barədə Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşılıb.
Qeyd olunub ki, türkiyəli diplomat tərəflərlə Ər-Riyadda keçirilən Suriya iclası çərçivəsində görüşlər keçirib.
Bundan əlavə, Hakan Fidan səudiyyəli həmkarı Bədir Abdulati ilə də görüşüb.