Yanvarın 9-da Gürcüstanda matəm elan olunub

post-img

Gürcüstan hökuməti işğal altında olan Qali rayonunun Saberio kəndində baş vermiş faciə ilə əlaqədar yanvarın 9-da matəm elan edib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş nazir İrakli Kobaxidze sərəncam imzalayıb.

Qeyd edək ki, yanvarın 5-də Gürcüstanın Abxaziya bölgəsinin Qali rayonunun Saberio kəndində məcburi köçkün ailəsinə məxsus şəxsi evdə güclü yanğın baş verib. Nəticədə mənzildəki 5 uşaq həlak olub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Dünya