Wall Street Journal mənbələrə istinadən yazır ki, ABŞ prezident administrasiyası Suriyaya humanitar yardımın çatdırılmasına qoyulan məhdudiyyətləri yumşaldacaq və bu barədə yanvarın 6-da məlumat veriləcək.
Məhdudiyyətlərin aradan qaldırılması altı ay müddətinə planlaşdırılır. Su, elektrik enerjisi və digər humanitar ləvazimatları təmin edən humanitar yardım təminatçıları yüklərin ötürülməsi üçün ABŞ hökumətindən xüsusi icazə almaq zərurətindən azad olacaqlar. Ancaq bunun üçün təchizatdan yalnız təyinatı üzrə istifadə etmək öhdəliyini təmin etmək lazımdır.
ABŞ ehtiyatlı davranır, yeni hakimiyyətin siyasətinin istiqaməti bəlli olana qədər Suriyaya qarşı qoyulmuş bütün məhdudiyyətləri götürmür. Vaşinqton gözləyir ki, Dəməşq qadınların və etnik azlıqların hüquqları ilə bağlı verdiyi vədlərə əməl edəcək.
S.ELAY
XQ