Şimali Koreya Blinkenin Seula səfəri zamanı ballistik raket buraxıb

post-img

Şimali Koreya 2025-ci ildə ilk ballistik raketini Yapon dənizinə doğru atıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raket təxminən 1100 km məsafə qət edib və Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Raket atışı ABŞ dövlət katibi Entoni Blinkenin Seula səfəri ilə eyni vaxta təsadüf edib.

Xatırladaq ki, KXDR tərəfindən ballistik raketlərin sonuncu buraxılışı 2024-cü il noyabrın 5-də baş tutub. 

S.ELAY

XQ

Dünya