İspaniya qızıl vizaları ləğv edir

post-img

2025-ci ilin aprelindən İspaniya investisiya müqabilində əcnəbilər üçün “qızıl viza” - yaşayış icazələrinin verilməsini dayandıracaq.

Bu barədə rəsmi dövlət qəzetində dərc olunan məlumatda bildirilir.

“Bu keçid müddəasının qüvvəyə mindiyi tarixdə qüvvədə olan vizalar və investor icazələri verildiyi müddət ərzində qüvvədə qalacaq”, - sənəddə aydınlıq gətirilir.

Dəyişikliklər qüvvəyə minməmişdən əvvəl viza üçün müraciət etmiş investorlar və ya onların qohumları onları “müraciətin verildiyi tarixdə qüvvədə olan qaydalara uyğun olaraq” ala bilərlər.

Qızıl Viza proqramı Aİ-yə daxil olmayan vətəndaşlara, ilk növbədə, daşınmaz əmlaka sərmayə qoymaqla rezidentlik əldə etməyə imkan verir. İspaniyada ən çox yayılmış variant minimum 500 min avro dəyərində daşınmaz əmlakın alınmasıdır. Digər variantlar İspan şirkətlərinin səhmlərinə 1 milyon avro və ya İspaniya dövlət qiymətli kağızlarına 2 milyon avro investisiya etməkdir.

S.ELAY

XQ

Dünya