Qazaxıstan Türkiyədən “Bayraktar” PUA-ları alacaq

post-img

2024-cü ildə Qazaxıstan ordusu 100-dən çox döyüş maşını və təyyarəsini xidmətə qəbul edəcək. Bunu respublikanın Müdafiə Nazirliyi bildirib. Məlumatı “Kommersant” verib. 

Qazaxıstan da Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrini almaq niyyətindədir. Əvvəlcə ordunun pilotsuz təyyarələrlə təchiz edilməsi, sonra isə Qazaxıstanda istehsalına başlanması planlaşdırılır.

Qazaxıstanın müdafiə naziri Ruslan Jaksılıkov PUA-ların tədarükü məsələsini istehsal edən “Baykar Defence” şirkətinin baş direktoru Haluk Bayraktarla müzakirə edib. Onlar İstanbulda “Saha Expo”da tanış olublar. Qazaxıstanın hərbi nümayəndə heyəti Türkiyənin “Havelsan” (müdafiə sektoru üçün elektron avadanlıq və proqram təminatı istehsal edir), “Aselsan” (hava, quru və dəniz qüvvələri üçün məhsullar istehsal edir) və silah istehsalçısı “Transvaro” şirkətlərinin fabriklərində də olub.

Danışıqlar nəticəsində “Baykar”ın Qazaxıstana hərbi sınaqlar üçün pulsuz olaraq “Bayraktar Kalkan”, “Bayraktar Mini” pilotsuz uçuş aparatları və “Mosquito-X” sursatları təqdim edəcəyi protokolu imzalanıb. Nə qədər cihazın hansı müddət ərzində veriləcəyi bildirilmir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya