Ekofəalın 2 il sürən aksiyası

post-img

Dünyadakı meşələrin təhlükə altında olması, ağacların məhvi oksigen qıtlığı yaratmaqla insanların rahat nəfəs almasına olduqca mənfi təsir göstərir. Ağacların kəsilməsinin qarşısını almaq üçün 738 gün ağacda yaşayan 23 yaşlı amerikalı gənc Culiya Hillin keçirdiyi 2 illik aksiya olduqca ibrətlidir. Hadisə belə başlayıb.

1997-ci ildə o, təbiəti qorumaq üçün inanılmaz addım ataraq, Kaliforniya meşələrində 55 metr hündürlüyündə olan nəhəng Sekvoya ağacına dırmaşıb. Orada nə az, nə çox, düz 2 il 4 gün yaşayan Culiya ağac tədarükü firmasına öz etirazını bildirib və qədim ağaclarla zəngin meşələrin qırılmasına mane olub. Sərt hava şəraitinə baxmayaraq, ağacın oyuğunda yaşayan gənc ekofəal primus sobasında yemək bişirib və gündəlik yazıb.

Onu dəfələrlə qorxutmağa çalışıblar, hətta ağacı tərk etməsi üçün bir neçə budağı kəsiblər. Lakin Culiyanın qətiyyətli etirazı nəticəsində şirkət ağacı və ətrafdakı meşə ərazisini qorumağa razılaşıb. Bu hadisədən sonra Culiya ekoloji hərəkatın aparıcı rəmzinə çevrilib. Bu yolla o, insanları təbiəti qorumağa ruhlandırıb.

Onun düşüncəsinə görə, dünyada

1 nəfər də yüksək inam, dözüm və iradə ilə ciddi nəticə əldə edər.

F.SALMAN
XQ

Dünya