Rusiya XİN: Türkiyə ilə müzakirələri davam etdiririk

post-img

Moskva ilə Ankara arasında münasibətlər kəsilmir, regional problemlərin müzakirəsi davam edir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko jurnalistlərə bildirib. Məlumatı TASS verib. 

“İkitərəfli əlaqələr kəsilmir, bildiyiniz kimi, biz Türkiyə ilə bütün məsələlər üzrə dialoq aparırıq. Bizim Türkiyə ilə öz gündəmimiz var və biz onlarla bütün regional problemləri müzakirə etməyə davam edəcəyik”, - nazir müavini Suriyadakı böhranın Moskva ilə Ankara arasındakı münasibətlərə necə təsir etdiyi barədə suala cavabında bildirib.

Noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri şəhəri tərk edib. Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstəriş verərək ölkəni tərk edib. 

Kremldəki mənbənin daha əvvəl bildirdiyi kimi, Rusiya humanitar mülahizələrə əsaslanaraq Əsəd və onun ailə üzvlərinə sığınacaq verib.

Dekabrın 10-da 2024-cü ilin yanvarından İdlib vilayətində müxalifətin yaratdığı qondarma xilas hökumətinə başçılıq edən Məhəmməd əl-Bəşir martın 1-dək davam edəcək keçid dövrü üçün Suriya Nazirlər Kabinetinin rəhbəri təyin olunduğunu açıqlayıb.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya