Braziliya prezidenti: Qloballaşma iflasa uğrayıb

post-img

Dünyanın neoliberal dəyərlərə əsaslanan qloballaşması iflasa uğrayıb, dünyada ekstremizmin və zorakılığın səviyyəsi artır. Bunu Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva Rio-de-Janeyroda keçirilən “Böyük İyirmilik” qrupunun (G20) sammitində deyib. Məlumatı TASS verib. 

“Neoliberal qloballaşma uğursuzluğa düçar oldu. Qeyri-sabitliyin artdığı bir şəraitdə beynəlxalq ictimaiyyət kimin daha güclü olması üzərində mübahisə edərək məqsədsiz şəkildə üzməkdən əl çəkib” deyə o, bildirib. 

Braziliya liderinin sözlərinə görə, artan beynəlxalq ziddiyyətlərin təbii nəticələri qeyri-bərabərliyin, ekstremizmin və zorakılığın artması olub.

Lula da Silva həmçinin BMT və təşkilatın Təhlükəsizlik Şurasında sürətli islahatlara çağırıb: “Bu il qlobal idarəetmə islahatı ilk dəfə olaraq G20-nin gündəliyinə daxil oldu. Təhlükəsizlik Şurasının daimi üzvlərinin hərəkətsizliyi özü beynəlxalq sülh və sabitliyə təhlükədir”.

Lula da Silva daha əvvəl bəyan etmişdi ki, Təhlükəsizlik Şurasında islahatlar aparılmasa, BMT fəaliyyət göstərə bilməz. Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, dünyadakı vəziyyət BMT-də islahatlar tələb edir, lakin bu, geniş konsensusa əsaslanmalıdır.

 

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya