Mask seçkidə 200 milyon dollar xərcləyib

post-img

Amerikalı sahibkar İlon Maskın siyasi komitəsi ABŞ -ın yeni seçilmiş prezidenti Donald Trampın seçki kampaniyasına kömək etmək üçün təxminən 200 milyon dollar xərcləyib. Bu barədə noyabrın 12-də “Associated Press” (AP) maliyyə əməliyyatı ilə tanış olan anonim mənbəyə istinadən məlumat yayıb.

Xəbəri “İzvestiya.ru” verib. 

Məlumata görə, Maskın vəsaitinin böyük hissəsi səs verməyə az meylli olan və ya ilk dəfə iştirak edən seçicilərə yönəlib.

Nəşr qeyd edib ki, bu işə Federal Seçki Komissiyasının mart qərarı yardım edib və bu, “təşviqat kampaniyalarının seçki kampaniyaları ilə əlaqələndirilməsi” imkanını açıb. Bunun sayəsində Trampın seçki kampaniyası sahibkardan, demək olar ki, qeyri-məhdud miqdarda vəsaitə arxalana bilib.

P.ƏMİRCANOV
XQ

 

Dünya