Gürcüstana səfər edən səkkiz Avropa İttifaqı (Aİ) ölkəsinin deputatları Tbilisidə müxalifətin mitinqində çıxış edərək ölkədə iğtişaşlara çağırıblar. Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili öz Facebook səhifəsində (Rusiyada qadağan olunmuş sosial şəbəkə; Rusiya Federasiyasında ekstremist kimi tanınan və fəaliyyəti qadağan edilmiş Meta korporasiyasına məxsusdur) bildirib. Məlumatı “Lunta.ru” verib.
“Dünən biz tam şəkildə yalanları, tabe olmaq istəyini və iğtişaş çağırışını gördük. Xüsusilə də bol-bol - İudanın öpüşü gürcülərə məhəbbət kimi keçdi”, - Gürcüstan parlamentinin spikeri bildirib.
Papuaşvili noyabrın 11-də Tbilisidə keçirilən mitinqdə çıxışı zamanı Avropa İttifaqı ölkələrindən olan deputatları iğtişaşlara çağırmaqda ittiham edib. Siyasətçi bildirib ki, avropalı deputatlar Gürcüstan vətəndaşları qarşısında çıxışlarında müharibəni sülh kimi qələmə verməkdə davam edirlər.
Noyabrın 11-i axşam Tbilisidə keçirilən mitinqdə Avropa İttifaqı ölkələrindən olan deputatlar parlament seçkilərinin nəticələrinə qarşı çıxış ediblər . Gürcüstan vətəndaşları demokratiya uğrunda mübarizə aparsınlar.
P.ƏMİRCANOV
XQ