Estoniya Ukraynadan PUA alınmasını istisna etmir

post-img

Estoniya Ukraynadan pilotsuz təyyarələr alınmasını istisna etmir. Ukrayna şirkətləri müvafiq tenderlərdə iştirak edə bilərlər.

AZƏRTAC ERR teleradiosuna istinadla xəbər verir ki, bunu Estoniyanın müdafiə naziri Hanno Pevkur deyib.

“Ukraynada dronların keyfiyyəti çox yaxşıdır. Orada müxtəlif modellər istehsal olunur və biz bu istiqamətdə işimizi davam etdiririk. Yəni tender elan edilsə, o, Estoniya və Qərb istehsalçıları ilə yanaşı, Ukrayna müəssisələri üçün də açıq olacaq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Estoniya son iki ildə döyüş sursatı alınmasına 750 milyon avrodan çox vəsait xərcləyib ki, bu da əvvəlki 30 ildə olduğundan çoxdur. 2028-ci ilə qədər isə silah-sursat tədarükü üçün xərclərin 3 milyard avroya çatdırılması nəzərdə tutulur.

Dünya