Prezident Ərdoğan: Terroru tamamilə məhv edəcəyik

post-img

Terrorun tamamilə məhv edilməsi istiqamətində işimizi davam etdiririk. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRİKS sammitində iştirak etdiyi Tatarıstan Respublikasından qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Məlumatı “Anadolu” verib. 

“Biz terrorun qaranlıq və qanlı kölgəsinin tamamilə yoxa çıxdığı parlaq, sakit və təhlükəsiz Türkiyəni qurmaq məqsədimizə mütləq nail olacağıq”, - deyə dövlət başçısı qeyd edib.

TUSAŞ aerokosmik şirkətinin Ankaradakı obyektinə son hücumu şərh edən Ərdoğan Türkiyənin xainlərə meydan oxuyaraq daha çox çalışacağını və daha çox istehsal edəcəyini bildirib: “Uğurlarımızla Türkiyədən narazı olanları narahat edəcəyik”, o əlavə edib.

Türkiyə prezidenti bildirib ki, bu terror aktının Suriyadan sızaraq həyata keçirildiyi məlum olub.

Türkiyə lideri Türkiyənin terrorla mübarizədə güzəştə getməsinin qətiyyən qeyri-mümkün olduğunu vurğulayaraq, “Bir gecədə 40 fərqli yerdə əməliyyat aparılıb və terrorçular çox yüksək bədəl ödəmək məcburiyyətində qalıblar”.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya