Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “GÜRZ-20” genişmiqyaslı antiterror əməliyyatının keçirildiyini və bu tədbir çərçivəsində terror fəaliyyətində iştirakda şübhəli bilinən 176 nəfərin saxlanıldığını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, həbslər Türkiyənin 31 vilayətində, o cümlədən Ankara, Bursa, Antalya, İstanbul və İzmirdə həyata keçirilib.
Saxlanılan şəxslərdən silah, narkotik vasitə və qadağan olunmuş ədəbiyyat götürülüb.
Nazirin sözlərinə görə, saxlanılan şəxslər PKK qanlı təşkilatının maliyyələşdirilməsində iştirak edib, həmçinin terror ideologiyasının təbliğatı ilə məşğul olub, icazəsiz aksiyalara qatılıblar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara