Tibb üzrə Nobel mükafatçıları

post-img

Amerikalı alimlər Viktor Ambroz və Qari Ravkan 2024-cü ildə tibb üzrə Nobel mükafatına layiq görülüblər. Bu barədə oktyabrın 7-də Nobel Mükafatı Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə deyilir: “2024-cü il Fiziologiya və Tibb üzrə Nobel mükafatı

mikro RNT-nin kəşfinə və onun transkripsiyadan sonrakı gen tənzimləməsindəki roluna görə Viktor Ambros və Qari Ravkana verilib”.

Qeyd edək ki, oktyabrın 8-də fizika, 9-da kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanacaq. Ədəbiyyat üzrə Nobel mükafatının sahibi oktyabrın 10-da bəlli olacaq. Oktyabrın 11-də sülh və nəhayət, oktyabrın 14-də iqtisadiyyat elmləri üzrə mükafatın sahibləri elan ediləcək.

P.ƏMİRCANOV
XQ

Dünya