Sinqapurun baş naziri Lourens Vonq hazırda dünyada ən çox maaş alan hökumət rəhbəridir. Belə ki, onun illik maaşı təqribən 1,69 milyon dollar təşkil edir. “Forbes” nəşrinin yazdığına görə, ən yüksək illik əmək haqqı alan dövlət və hökumət başçılarının siyahısında sonrakı yerləri aşağıdakı şəxslər tuturlar:
İsveçrə prezidenti Viola Amherd (569,5 min dollar).
Avstraliyanın baş naziri Entoni Albaniz (412,5 min dollar).
ABŞ prezidenti Co Bayden (400 min dollar).
Avstriya kansleri Karl Nehammer (316,7 min dollar).
Yeni Zelandiyanın baş naziri Kristofer Lakson (310,5 min dollar).
Maraqlıdır ki, hökumət rəhbərləri arasında ən az maaş alan Efiopiyanın baş naziri Abiy Əhməd Əlidir. Onun illik məvacibi 1,7 min dollar təşkil edir.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putinin illik maaşı 113,6 min dollara bərabərdir (10,2 milyon rubl). Xatırladaq ki, dövlət başçısı 2024-cü il prezident seçkiləri öncəsi MSK-ya 2017-2022-ci illər arasında 67,5 milyon rubl qazandığı barədə bəyannamə təqdim etmişdir. Bu məbləğə əmək haqqı, pensiyalar, həmçinin bank depozitləri, qiymətli kağızlar və əmlakın satışından əldə edilən gəlirlər daxildir.
R.İLQAR
XQ