İraqın şimalında 6 terrorçu zərərsizləşdirilib

post-img

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Qara və Metina bölgələrində 6 PKK terrorçusunu zərərsizləşdirib. Bu barədə oktyabrın 7-də Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən “Anadolu” məlumat yayıb.

Hərbi idarə bölgədə terror təhlükəsi tam aradan qaldırılana qədər antiterror əməliyyatlarının davam etdiriləcəyini vurğulayıb.

Ankara 2016-cı ildən bəri cənub sərhədlərində terror təhlükəsini aradan qaldırmaq və yerli əhalinin təhlükəsizliyini təmin etmək üçün üç uğurlu əməliyyat keçirib. Söhbət xüsusilə Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” (2016), “Zeytun budağı” (2018) və “Sülh çeşməsi” (2019) əməliyyatlarından gedir.

 

P.ƏMİRCANOV

XQ

 

 

Dünya