Çin növbəti kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

post-img

Çin özünün kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupunu - “Şencou-19” (Shenzhou-18) missiyasını kosmosa göndərməyə hazırlaşır.

AZƏRTAC Çinin Kosmos Agentliyinə istinadla xəbər verir ki, “Şencou-19” missiyasına oktyabrın son günlərində start veriləcək.

“Şencou-19” missiyası apreldən kosmik stansiyada fəaliyyət göstərən “Şencou-18”-un astronavtlarını əvəzləyəcək. Bu, Çinin orbitə göndərdiyi 14-cü pilotlu missiyası olacaq. “Şencou-19”un astronavtları da kosmik stansiyada təxminən 6 ay qalacaqlar.

Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul (“Tianhe”), “Wentian” və “Mengtian” adlı isə iki laboratoriya modulundan ibarətdir. “Tianhe” 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub.

Dünya